"Azərkosmos" Azərbaycanın iri kənd təsərrüfatı şirkətilə müqavilə imzaladı
Peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək."Azərkosmos" və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.
Bu əməkdaşlıq sayəsində peyk təsvirlərindən istifadə etməklə ölkədə kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.
Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.
Peyk təsvirləri əsasında şumlanmış ərazilərin monitorinqi, deqradasiyaya uğramış torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda məhsuldarlığın proqnozlaşdırılması, əkin sahələrində yayılmış xəstəliklərin inkişaf dinamikasının və bitkilərin vegetasiya dövrünün davamlı olaraq monitorinqi aparılacaq. Kənd təsərrüfatı sahəsində baş verən dəyişikliklər üzrə operativ məlumatın təmin olunması məqsədilə sözügedən peyk xidmətləri rəqəmsal platforma üzərindən təqdim olunacaq.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə əkin ərazilərinin effektiv planlaşdırılmasında peyk təsvirləri əvəzsiz rol oynayır. “Agro Dairy” şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik.
“Agro Dairy ölkəmizdə kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olaraq müasir texnologiyaların istifadəsini daim diqqətdə saxlayır. Əminəm ki, Azərkosmosun peyk xidmətləri ilə ölkəmizin “ağıllı kənd” təsərrüfatının inkişafında innovativ həllər yaratmış olacağıq”, – deyə şirkətin icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
















