Ən yuxarı statik reklam_3

“Partner Finance”ın istiqrazlarına 1 investor tərəfindən 1 sifariş təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Partner Finance”ın istiqrazlarına 1 investor tərəfindən 1 sifariş təqdim edilib

17 may 2023-cü il tarixində Bakı Fond Birjasında “Partner Finance” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2005021962 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bitjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10%, faiz ödəniş dövrü isə ildə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 17.05.2026-cı ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

PartnerFinance
17.05.2023 16:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ