Rabitəbank İslam Korporasiyası ilə 10 milyon dollarlıq müqavilə imzaladı
Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankının (İİB) “Böhranlara Qarşı Mübarizə üçün Tərəfdaşlıqlar” mövzusunda 48-ci İllik Toplantısında iştirak edib.
Tədbir çərçivəsində İİB-in prezidenti Məhəmməd Süleyman Əl-Casir Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayaraq, həyata keçirilən birgə layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi, yaxın gələcəkdə həyata keçiriləcək layihələrdə Bankın böyük maraq göstərdiyini bildirib.
Toplantı çərçivəsində Rabitəbank ilə Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) arasında 10 mln ABŞ dolları məbləğində “Letter of Credit Confirmation Facility” (Akkreditiv) müqaviləsi imzalanmışdır.
Müqavilə bir tərəfdən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov, digər tərəfdən isə İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol arasında bağlanıb.
Tərəflər Azərbaycanın ölkə iqtisadiyyatının inkişafı istiqamətində İTFC ilə əməkdaşlıq, eləcə də ticarətin maliyyələşdirilməsi, kiçik və orta biznesə dəstək imkanlarının genişləndirilməsi, Azərbaycanın ixrac potensialının gücləndirilməsində və İslam maliyyəsinin tətbiqində Korporasiyanın roluna diqqət ayıraraq, bu istiqamətdə atılacaq növbəti birgə addımlarında dair geniş müzakirələr aparıb.
Qeyd edək ki, İslam İnkişaf Bankının (İİB) ənənəvi şəkildə keçirdiyi İllik görüşlər inkişaf məsələlərini və iqtisadi məqsədləri müzakirə etmək üçün beynəlxalq və regional təşkilatların müşahidəçiləri ilə yanaşı qrupun 57 üzv ölkəsindən nümayəndə heyətlərini bir araya gətirir. Görüşlərə adətən 2000-dən çox dövlət rəsmisi, yüksək səviyyəli dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edir.
Builki görüşlər İİB qrupuna üzv ölkələrin üzləşdiyi problemləri müzakirə etmək və mövcud və potensial imkanları araşdırmaq üçün nəzərdə tutulub.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
7 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















