"Azercell Telekom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb
"Azercell Telekom" 2022-ci ildə hər gün orta hesabla 1 milyon 466 min manat gəlir əldə edib!"Azercell Telekom" MMC şirkəti 2022-ci ili 128 milyon 839 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 121 milyon 175 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Azercell Telekom"un xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 7 milyon 664 min manat və ya 6,3% artıb. Ötən il şirkəti bölüşdürülməmiş mənfəəti 116 milyon 325 min manat aratarq 790 milyon 317 min manata yüksəlib.
Marja.az "Azercell Telekom" MMC-nin 31 dekabr 2022-ci ildə bitən il üçün Konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ildə Azercell-in rabitə xidmətlərindən gəlirləri (satış) 492 milyon 91 min manat ikən, 2022-ci ildə 531 milyon 822 min manata yüksəlib. Ötən il Şirkətin əsas əməliyyat gəlirləri 39 milyon 731 min manat və ya 8,1% artıb.
2022-ci ildə "Azercell Telekom"un cəmi əməliyat gəlirləri (satış, maliyyə və digər gəlirlər) 535 milyon 30 min manat, cəmi əməliyyat xərcləri 363 milyon 624 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 171 milyon 406 min manat təşkil edib. Şirkət ötən il 42 milyon 567 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azercell-in cəmi əməliyyat gəlirləri 492 milyon 871 min manat, cəmi əməliyyat xərcləri 344 milyon 568 min manat, əməliyyat mənfəəti 148 milyon 303 min manat, ödədiyi mənfəət vergisi 27 milyon 128 min manat təşkil etmişdi.
AKTİVLƏRİ 1 MİLYARD MANATI KEÇİB
31 dekabr 2022-ci il tarixində "Azercell Telekom" 1 milyard 20 milyon 182 min manat cəmi aktivlərə malik olub. 2021-ci ilin sonunda şirkətin cəmi aktivləri 910 milyon 61 min manata çatmışdı. Ötən il Azercell-i cəmi aktivləri 110 milyon 121 min manat artıb.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan "AzInTelecom” MMC və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdı. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
2 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
2 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Ən çox oxunanlar
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb



















