"ABŞ defolt edərsə, bütün dünya problemlə üzləşəcək” xəbərdarlığı - GÜNIƏ BAXIŞ
ABŞ-da borc limiti ilə bağlı dalana dirəndiyi bir zamanda proqnozların altında açıqlanan illik inflyasiya məlumatlarından sonra birjalarda qarışıq dalğalanma müşahidə olunub.
Beləki Amerikada İstehlak Qiymətləri İndeksi (İQİ) gözləntilərə uyğun olaraq aylıq bazda 0.4% olasa da, illik müqayisədə 4.9% artaraq bazar gözləntilərinin altında düşüb ki, bu da 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyə hesab edilir.
ABŞ prezidenti Co Bayden ölkə borc limiti ilə bağlı defolt edərsə, “bütün dünya problemlə üzləşəcək” xəbərdarlığını edib.
Aprel ayında ölkədə federal hökumətin büdcə profisiti 176 milyard dollar ilə gözləntilərin altında qalarkən, maliyyə ilinin 7-ci ayı olan aprel ayı etibarilə cəmi büdcə kəsiri 925 milyard dollar olaraq hesablanıb.
Digər tərəfdən, mart ayında müflis elan olunan “Silicon Valley Bank” (SVB) qrupunun bütün depozit və kreditlərini ələ keçirən “First Citizens Bank”-ın dərc etdiyi birinci rüb balans hesabatına görə, bankın mənfəəti 9.5 milyard dollara yüksəlib. yanvar-mart dövründə. Açıqlanan balans hesabatından sonra bankın səhmləri 7%-dən çox dəyər qazandı.
Bu göstəricilər fonunda dollar indeksi 100.80 bənd səviyyəsindəki dəstək həddini dünən də qoruya bildi.
Bu gün isə İngiltərə Mərkəzi Bankının faiz qərarı və Amerikada İstehsal Qiymətləri İndeksi dair göstəricilər də investorlarının diqqət mərkəzində olacaq.
Qızıla tələb yüksək olaraq qalır. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2038$ səviyyəsini qırsa, artım tendensiyasının 2050$ və 2061$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























