“Baku Steel Company” QSC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə ağacəkmə aksiyaları keçirilib
(®) Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev hər zaman ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində düzgün siyasətin yürüdülməsinə, eləcə də, ictimaiyyət arasında ekoloji maarifləndirmənin gücləndirilməsinə xüsusi diqqət yetirib. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekotəhlükəsizliyin təmin edilməsi məqsədi ilə planlı tədbirlər həyata keçirilir.
“Baku Steel Company” QSC sosial məsuliyyət layihələrində Ulu öndər Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin fikir və göstərişlərini rəhbər tutur və onların icrasını davam etdirir. Növbəti belə layihə isə məhz unudulmaz liderimizin adı və onun anadan olmasının 100 illik yubileyi ilə bağlı olub. Belə ki, şirkətin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində Bakı və Sumqayıt şəhərlərində silsilə ağacəkmə aksiyaları baş tutub.
Öncə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Baku Steel Company” QSC-nin əməkdaşlarının iştirakı ilə rayonun Aşıq Molla Cümə və Qafur Murad küçələrinin kəsişməsindəki parkda 100 ədəd ağac əkilib.
Daha sonra “Baku Steel Company” QSC-nin Boruyayma sexinin əməkdaşları Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyaya qatılıblar. Aksiya zamanı şəhərin Sülh küçəsi boyu 100 ədəd ağac əkərək ekoloji mühitin yaxşılaşmasına töhfələrini veriblər.
Bundan əlavə şirkətin əməkdaşları Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə rayonun Xocasən Yaşayış Kompleksinin yaxınlığında təşkil edilən ağacəkmə aksiyasında iştirak ediblər. Əsasən şəhid ailələri və qazilərin məskunlaşdığı ərazidə 100 ədəd ağac əkilib, yaşıllaşdırma işləri aparılıb.
Ümumilikdə 300 ağacın əkildiyi silsilə aksiyaların keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına daim böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli liderin yaşıllaşdırma ənənəsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 50 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
3 saat əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
3 saat əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
3 saat əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























