Sabiq icra başçısının 600 minlik əmlakı yenidən müsadirə olunub
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi əmlaklarla bağlı hissədə yenidən araşdırılıb.
Gəncə Apellyasiya Məhkəməsində prokurorun protesti ilə yenidən baxılan iş üzrə qərar elan olunub.
Hakim Salman Hüseynovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qərara əsasən, Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı yenidən müsadirə olunub.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı müsadirə olunub. Lakin Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı qərar edib, əmlaklar müsadirədən azad olunub.
Prokuror qərardan kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
Xatırladaq ki, Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun 600 min manatlıq əmlakı üzərindən həbs götürülüb.
Ramiz Tatarovun cəzası isə 8 il 3 aya endirilib.
Ali Məhkəmə Nizaməddin Quliyevin əmlakları ilə bağlı qərarı ləğv edib, Ramiz Tatarovun cəzasını 6 ilə endirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























