"Təqribən 4 ildən sonra biz “Şahdəniz”in yeni fazasından əlavə qaz hasil edəcəyik" - İLHAM ƏLİYEV
Biz “Şahdəniz” yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez biz “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. “Abşeron” yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq.
Marja xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İlk mərhələdə “Abşeron” yatağından 1,5 milyard kubmetr qazın əldə olunacağını vurğulayan dövlətimizin başçısı daha sonra həmin qazın hansı bazara nəql ediləcəyinə dair qərar veriləcəyini vurğulayaraq bildirib: “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var və BP ilə SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və” Babək” yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. “Qarabağ” neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb





















