Azərbaycanda da törəmə bankı olan Türkiyə bankının mənfəəti gözləntiləri üstələyib
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin sahibi olan Türkiyə bankı "Yapı Kredi", 2023-cü ilin ilk rübündə bazarın 11,25 milyard TL (türk lirəsi) proqnozunun üzərində olmaqla 12,64 milyard TL xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, Bankın xalis mənfəəti əvvəlki rübdə 17,4 milyard TL, ötən ilin eyni rübündə 7,3 milyard TL idi. Belə ki, bankın xalis mənfəəti rüblük olaraq 27 faiz azalıb, illik müqayisədə isə 74 faiz artıb. Bank bütün 2022-ci ildə 52,7 milyard TL xalis mənfəət əldə edib.
Son rübdə TL ilə kredit artımı 9%, TL əmanət artımı 26% olub.
Bankın problemli kredit əmsalı 3,4 faizdən 3,2 faizə düşüb.
Xəbər verdiyimiz kimi, Türkiyənin "Yapı Kredi" bankının Azərbaycanda törəməsi olan "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 1-ci rübünü 2 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 5,4 dəfə artıb.
Müştərilərin xəbərləri
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
34 d. əvvəl
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
-
35 d. əvvəl
"Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər"
- 48 d. əvvəl
-
1 saat əvvəl
Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” illik 10%-dən 1 mln AZN-dək faktorinq krediti təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
Türkiyədə inflyasiya göstəricisində noyabr sürprizi: 30 ayın ən aşağı səviyyəsinə düşüb
Lipton Türkiyədə istehsal fəaliyyətini dayandırıb
ABŞ-ın investisiya fondları tərəfindən idarə olunan aktivlərin həcmi ilk dəfə 8 trilyon dolları keçib






















