AccessBank “Ən Yaxşı İşçi Məmnuniyyəti Strategiyası” üzrə qalib seçilib
(®) Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan “Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi altında keçirilən sammitə 50 ölkədən 700-dən çox iştirakçı qatılıb.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq jurinin dəyərləndirməsi əsasında 9 nominasiya üzrə şirkətlərin mükafatlandırılması mərasimi də baş tutub. AccessBank-ın İnsan Resursları departamenti “Ən Yaxşı İşçi Məmnuniyyəti (işçi bağlılığı) Strategiyası” üzrə qalib seçilib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
Karabakh Group/Aqil Talıbov: "Satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
BOKT nizamnamə kapitalını yenidən artırır
Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
“Möhtəşəm Cümə” nağd kredit kampaniyası - 0% KOMİSSİYA
Birbanklı olmağın üstünlükləri - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Karabakh Group/Aqil Talıbov: "Satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır"
5 BOKT-un illik mənfəət vergisi ödəmələri 1 milyon manatdan az deyil
Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb - FOTOLAR
OPEC+ iclası öncəsi neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Apple şirkəti iPhone ilə 14 ildən sonra ilk dəfə Samsung-u keçir
Azərbaycan Sığortaçılar Assosiasiyasının Tədris Mərkəzində “Nitq mədəniyyəti” təlimi uğurla yekunlaşıb











.jpg)




.jpg)



