Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Zəhmət olmasa, pasportunuzu təqdim edin!”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Zəhmət olmasa, pasportunuzu təqdim edin!”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qərb ölkələri rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi ilə bağlı atdığı konkret addımından, sadəcə, narahat olduqlarını bildiriblər. Çünki onlar beynəlxalq hüquq və qay­dalar çərçivəsində hərəkət edən Azər­baycanı sərt şəkildə ittiham etməyə, yaxud qınamağa heç bir əsas tapa bilmədilər. Axı, Bakı ilə beynəlxalq ter­rorizm müstəvisində yaxından əmək­daşlıq edən həmin güclər Cənubi Qafqazda erməni terrorizminin sıradan çıxarılmasının vacibliyini çox yaxşı anlayırlar. Bakının həyata keçirdiyi bu hüquqi aksiya daha çox Ermənista­nın daxilində rezonans doğurub və bu mövzuda ən müxtəlif peşə sahibləri sosial şəbəkələrdə fikirlərini bölüşürlər. 

Postun yaradılması gözlənilən idi

Reklam_3_11

“Qarabağda yaşayan ermənilərin əksəriyyəti bölgədən çıxmaq barədə düşünür”. Bu sözləri özünü Xankən­didəki qondarma “DQR”-in uydurma ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan deyib. O, iddia edir ki, Qarabağ erməniləri Laçın yolundakı məntəqədən keçərkən Azərbaycan sərhədçilərinə “hesabat” verməyəcək­lər. Stepanyanın fikrincə, Azərbaycan bayrağının altından keçmək istəməyən ermənilər də olacaq. Buna görə çoxları Qarabağı tərk etmək haqda düşünür”. 

Laçın yolunda, Həkəri çayının kör­püsünün üstündə nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra 30-a yaxın erməninin Ermənistana qayıtdı­ğına dair görüntülər yayılıb. İndi Bakı Qarabağın erməni sakinlərinə iki seçim variantı təklif edir: ya vətəndaşlığı qə­bul edib torpağımızda yaşamalı, ya da Qarabağı tərk etməlisiniz! Düşünürük ki, onlara bizim milli pasportumuzu, lap dəqiqi, şəxsiyyət vəsiqəmizi əldə et­mələri üçün müəyən müddət təyin edil­məlidir. Bəzi erməni blogerləri sərhəd­də belə bir məntəqənin yaradılmasının gözlənildiyini, Xankəndidəki separatçı rejimin təzyiqlərlə erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul et­məsinin qarşısını aldığını yazırlar. Həm də bu səbəbdən yerli ermənilər arasın­da ciddi təşvişin yarandığı bildirilir. 

Sərhədçilərimizin nəzarət-buraxılış məntəqəsində bölgəyə gələn və gedən şəxslərin pasportları yoxlanılacaq. Ar­tıq məlumdur ki, bəzi ermənilər Ermə­nistan pasportu gəzdirirlər, bəzilərinin cibində isə həm erməni, həm də Rusi­ya pasportu var. 

Yenə kənardan imdad diləyirlər

Ermənistanın baş naziri Nikol Pa­şinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Hayastan hökumətinin mətbuat xidmə­tinin məlumatına görə, dövlət başçıları Laçın yolu və Qarabağdakı “mövcud humanitar vəziyyətlə” bağlı məsələlə­ri müzakirə ediblər. Bir gün əvvəl isə Paşinyan Aİ-nin prezidenti Şarl Mişellə telefon danışığında regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin göstərilməsinin vacibliyini vur­ğulayıb. Paşinyan və Mişel bu dəfə də Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına dair fikir mübadiləsi aparıblar. 

İrəvanın “qızdırmalı çapalamaları” yenidən gündəmə gəlib. Gec-tez sülh, qarşılıqlı anlaşma müstəvisində dialoq aparmağa məcbur olacağı yaxın ünvan qarşısında dursa da, hayların başını itirmiş baş naziri, deyəsən, bu dəfə də qapıları ikinci dövrədə saymağa başla­yacaq... 

Hayların revanş xülyaları NBM-də basdırıldı

Bizimçün ən vacibi odur ki, Laçın yolunda yaradılan nəzarət-buraxılış məntəqəsi (NBM) müharibə təhlükə­sini aradan qaldırdı. Bu məntəqə həm silahın, həm də silahlı erməni quldur­larının Qarabağa girişinin qarşısını alır, rəsmi İrəvanın III müharibədə revanş götürmək xülyalarını bloklayır və onu basdırmış olur. Prinsip etibarilə onların müharibə aparmaq üçün heç vaxt yetə­rincə gücləri olmayıb, çətin ki, bundan sonra olsun. Amma Azərbaycan Ordu­sunun arsenalında təxribatlara çevik reaksiya, sülhə məcburetmə kimi ehti­yat əməliyyat planları qalmaqdadır. Eh­timal olunan yeni hərbi qarşıdurmanın episentri isə indi yalnız Azərbaycan-Er­mənistan şərti sərhədində ola bilər. 

Amma aprelin 23-dən sonra böl­gənin siyasi nəbzi Qarabağın erməni əhalisinin arasında vurmaqdadır. İndi onların hər birinin Azərbaycan Bayra­ğının altından keçməyə məcbur ola­caqları bir yana, həm də həmin postu adlamaq üçün ciblərində “Şəxsiyyət vəsiqəsi” olmalıdır. Həmin postda sər­hədçimizin cibində şəxsiyyətini rəsmi təsdiqləyən sənədi gəzdirən vətənda­şımıza ünvanlayacağı yeganə və sə­mimi sualı bu olacaq: “Zəhmət olmasa, pasportunuzu təqdim edin!”. 

Fikrət SADIXOV, politoloq

İndi Qarabağ ermənilərini əsas qayğısı guya odur ki, biz yolu bağlamışıq və ermənilər İrə­vana gedib-gəlməkdə çətinlik çə­kirlər. Onların iddiasına görə, biz 10 noyabr Bəyanatının şərtlərini pozuruq. Əslində həmin bəya­natda yazılmayıb ki, Azərbaycan öz torpağında keçid məntəqəsini yarada bilməz. Həmin mətndə nə belə bir şərt, nə tələb, nə də ifadə yer alır. Bununla bağlı Bakıya hər hansı bir irad da tutula bilməz. Yox, əgər 10 noyabr Bəyanatı­na istinad ediriksə, onda gərək Zəngəzur dəhlizini də onların yadına salaq. Həmin dəhliz hələ də açılmayıb, çünki ermənilər im­zaladıqları 10 noyabr sənədinin şərtlərinə əməl etmirlər. Bu azmış kimi, haylar Ermənistan silahlı qüvvələrinin qalıqlarını, təxribat­çı silahlı quldurları Qarabağdan çıxarmağa tələsmirlər. Oraya rahatca silah-sursat daşıyırdılar. Yəni, Azərbaycanın Laçın yolu­nun üstündə nəzarət-buraxılış məntəqəsini yaratmağa həm mənəvi, həm də hüquqi əsasları yaranmışdı və bunu etdi. Bunun­la, eyni zamanda, daşnak-revan­şistlərin yeni müharibə çağırışla­rının, hərbi təxribatlara cəhdlərin qarşısı alınmış oldu. İlk növbədə isə öz təhlükəsizliyimizi, ərazi bü­tövlüyümüzü təmin etdik. Bakının atdığı addım heç kəsi narahat et­məməli və qorxutmamalıdır. 

Həmin nəzarət-keçid məntəqəsini quraşdırmaqla biz kiməsə qarşı təcavüzkar planı işə sal­mırıq. Gediş-gəliş olsun, amma Azərbaycan qanunları çərçivə­sində, bizim nəzarətimiz altında. Bundan sonra silahlı separatçıla­rın, yad ünsürlərin Azərbaycanın Qarabağ iqtisadi rayonuna yolu birdəfəlik bağlanmalıdır. 

© “Xalq qəzeti”

27.04.2023 08:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ