Dövlət bankının xalis mənfəəti 14 dəfəyə yaxın artıb
"Azər-Türk Bank" ASC (ATB) 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 3 milyon 79 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 226 min manat xlias mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2 milyon 853 min manat və ya 14 dəfəyə yaxın artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 863 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 17 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 846 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 966 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırıb və 800 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 9 milyon 695 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 798 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 103 min manat təşkil etmişdi. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 330 min manat həm əməliyyat zərərini bağlamışdı, həm də 226 min manat xalis mənfəət təmiş etmişdi.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 11 milyon 168 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 219 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması Bankın xalis mənfəətinin artmasını da təmin edib.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "Azər-Türk Bank"da müştərilərə verilmiş kreditlər üzrə faiz gəliləri 1,6 dəfə artaraq 9 milyon 60 min manat, xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 5,5 dəfə artaraq 3 milyon 515 min manat təşkil edib.
BANKIN KREDİT PORTFELİNDƏ İLLKİ VƏ RÜBLÜK ARTIM BAŞ VERİB
31.03.2023-cü il tarixində "Azər-Türk Bank" 913 milyon 299 min manat cəmi aktivlərə, o cümlədən 367 milyon 496 min manat cəmi kredit portfelinə malik olub. Ötən ilin eyni tarixində Bank 439 milyon 272 min manat cəmi aktivlərə, o cümlədən 245 milyon 98 min manat kredit portfelinə malik idi. Beləliklə, son 1 ildə "Azər-Türk Bank"ın cəmi aktivləri 2,1 dəfə, kredit portfeli 50% artıb.
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə Bankda depozitlər təxminən 2 dəfə artaraq 396 milyon 145 min manata çatıb.
31.12.2022-ci il tarixində "Azər-Türk Bank"ın cəmi aktivləri 965 milyon 157 min manata, (o cümlədən kredit portfeli 321 milyon 723 min manata) depozit portfeli 385 milyon 8 min manata çatmışdı.
Cari ilin Martı ayının sonunda "Azər-Türk Bank" 66 milyon 802 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 63 milyon 164 min manat məcmu kapitala malik idi.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























