Azərbaycanda elektromobil istifadəsi artacaq - infrastruktur yaradılacaq
Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün infrastruktur yaradılması nəzərdə tutulub. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.
Sənəddə qeyd olunub ki, elektrik enerjisi sektorunun pərakəndə satış komponenti ilə bağlı iki mühüm məqsəd prioritetləşdiriləcək: "Birincisi, sənaye və kommersiya sahəsində Avropanın enerji səmərəliliyi səviyyələrinə çatmaqdır. Hər iki sahədə dövlət müxtəlif enerji səmərəlilik metodologiyalarını stimullaşdıracaq. Məsələn, enerjidən səmərəli istifadə edən binaların və məhsulların təbliği həyata keçiriləcək. İkincisi, elektrik mühərriki ilə işləyən avtomobillərin istifadəsi üçün tələb olunan infrastrukturu qurmaqdır. 2020-ci ildən etibarən respublikada elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir. Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir".
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 saat əvvəl
"İmagro" şirkəti "Caspian Agro 2024"də dünyanın məşhur brendlərinin texnikalarını nümayiş etdirir
-
6 saat əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
- 6 saat əvvəl
-
6 saat əvvəl
"SuperToys" şirkətindən analar və uşaqlara sürpriz - FOTOLAR
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Effektinvest"in zəmanətsiz istiqrazlarına 4 investor 4 sifariş təqdim edib
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Rabitəbank"ın istiqrazlarına 7 investor 7 sifariş təqdim etdi
-
9 saat əvvəl
Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək
-
9 saat əvvəl
Leobank və Visa Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir
-
11 saat əvvəl
Beynəlxalq Enerji Agentliy qlobal neft bazarında kəsir proqnozşlaşdırır