"PAŞA Bank"ın xalis mənfəəti 10%-dən çox artıb
Aktivlərin həcmi üzrə Azərbaycanda ikinci böyük bank olan "PAŞA Bank" ASC 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "PAŞA Bank" 2023-cü ilin 1-ci rübünü 42 milyon 231 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 38 milyon 326 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 10,2% və ya 3 milyon 905 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin 1-ci rübündə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 130 milyon 494 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 33,4% və ya 32 milyon 690 min manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 97 milyon 804 min manat təşkil etmişdi.
2023-cü ilin 1-ci rübündə "PAŞA Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 65 milyon 88 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 19,9% və ya 10 milyon 809 manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat xərcləri 54 milyon 279 min manat təşkil etmişdi.
2022-ci ilin 1-ci rübündə "PAŞA Bank"ın əməliyyat mənfəəti 43 milyon 260 min manat ikən, 2023-cü ilin 1-ci rübündə 60 milyon 189 min manata yüksəlib (16 milyon 929 min manat və ya 39% artıb).
RÜBLÜK FAİZ GƏLİRLƏRİ 100 MİLYON MANATDAN ÇOX OLUB
2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə "PAŞA Bank"ın faiz gəlirləri 29 milyon 300 min manat və ya 41% artaraq 100 milyon 795 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 390 min manat və ya 12,9% artaraq 29 milyon 699 min manat təşkil edib.
AKTİVLƏRİ 173 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə "PAŞA Bank"ın cəmi aktivləri 173 milyon 222 min manat artaraq 31 mart 2023-cü il tarixində 8 milyard 693 milyon 36 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilən kreditlər) 25 milyon 727 min manat artaraq 31 mart 2023-cü il tarixində 2 milyard 753 milyon 791 min manata çatıb.
DEPOZİTLƏR 100 MİLYON MANATDAN ÇOX ARTIB
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk rübündə "PAŞA Bank"da depozitlər 100 milyon 964 min manat artaraq 31 mart 2023-cü il tarixində 7 milyard 105 milyon 283 min manata yüksəlib.
31 mart 2023-cü il tarixində "PAŞA Bank" 550 milyon 710 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
7 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
7 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























