"Unicapital" bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
Keçən həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 4 dəfədən çox üstələmiş, hərrac 5.70% orta ölçülmüş gəlirliliklə nəticələnmiş və 75 milyon AZN yerləşdirilmişdir. Xatırladaq ki, mart ayında keçirilən 1 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 6.52% idi.
• Bu həftə AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçiriləcəkdir. Mart ayında 3 illik istiqraz hərracında tələb təklifi 3.5 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 9.11% olmuşdur. Həmçinin, aprel ayının növbəti həftələrində 30 milyon AZN həcmində 2 illik və 50 milyon AZN həcmində 3 illik istiqraz hərraclarının keçirilməsi nəzərdə tutulub.
Qlobal bazar
• 7 aprel tarixində ABŞ-da məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanıb. Göstərici gözləntiləri (230k) aşaraq 236k olmuşdur, mart ayında bu say 311k idi. Həmçinin, ABŞ-da işsizlik dərəcəsi azalaraq 3.6%-dən 3.5%-ə düşmüşdür.
• 12 aprel tarixində ABŞ-da inflyasiya göstəricisi olan “İstehlak Qiymətləri İndeksi” açıqlanacaq. Analitiklər inflyasiyanın azalaraq 6%-dən 5.1%-ə düşəcəyini proqnoz ediblər.
• Ötən həftə Türkiyədə də inflyasiya açıqlanıb. İnflyasiya azalaraq 55.18%-dən 50.51%-ə düşüb.
• 12 aprel tarixində Rusiyada inflyasiya açıqlanacaq. Analitiklər inflyasiyanın azalaraq 10.99%-dən 3.50%-ə düşəcəyini proqnoz ediblər.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























