Beynəlxalq Bank Bakıda mənzilləri ucuzlaşdırdı
Azərbaycan Beynəlxalq Bankının 20 illik ipotekanı dayandırması tikinti şirkətlərini sudan məhrum edilmiş balığın vəziyyətinə salıb. “Marja”nın məlumatına görə, indi satışları kəskin düşən tikinti şirkətləri mənzil qiymətlərində endirimlər edir, kampaniyalar keçirir, 3 və 5 illik daxili kredit şərtlərini təklif edirlər.
Dekabrın ortasınadək bir sıra tikinti şirkətləri mənzillərin 90%-ni 20 illik ipoteka ilə satırdılar. Mənzil alıcıya ikiqat baha başa gəlsə də, aylıq ödəniş orta təbəqə üçün gücçatan məbləğdə olduğundan ipoteka götürülürdü. Bu gün isə, tikinti şirkətlərinin 3 və 5 illik daxili kredit şərtlərində aylıq ödəniş məbləği bir neçə min manata çıxır. Üstəlik, böyük məbləğdə ilkin ödəniş tələb edilir.
349 MANATA ENDİRİB
Satışları dayanma nöqtəsinə düşən bir sıra tikinti şirkətləri qiymətləri aşağı salmağa başlayıblar. Məsələn, Beynəlxalq Bankın keçimiş tərəfdaşı olan “Cənnət Park” ( Bakı ş. Bakı-Şamaxı yolunun 14-cü km-də yerləşir) mənzilin 1 kvadrat metrinin nağd satış qiymətini 349 manata endirib. Kampaniya təmirsiz 3 otaqlı mənzillərə şamil olunur. Şirkətin tikdiyi binalarda 3 otaqlı mənzilin sahəsi 126,56 kv.m-dir. Beləliklə, “Cənnət Park”dan 3 otaqlı mənzili nağd 44170 manata almaq olar.
“Cənnət Park” 1 və 2 otaqlı mənzillərin 1 kv.m-ni isə 599 manatdan təklif edir. Əgər alıcı mənzilin dəyərini nağd ödəyrəsə, təmir şirkət tərəfindən hədiyyə olunur. Mənzil təmirinin 1 kv.m-nin bazar qiymətinin 220-250 manat civarında olduğunu nəzərə alsaq, yenə də alıcının mənzilin 1 kv.m-ni təxminən 350 manatdan aldığını deyə bilərik. “Cənnət Park”da mənzillər 3 və 5 illik daxili kreditlə də satılır.
BAKIXANOVDAKI KOMPLEKSLƏRDƏ DƏ QİYMƏTLƏR ENDİRİLİB
“Bakıxanov Rezidens Komplekslər Qrupu” da endirim təqdim edir. Belə ki, “Bakıxanov Rezidens 2” yaşayış kompleksindən nağd mənzil alanları 9400 manatadək endirim gözləyir.
Hazırda “Bakıxanov Rezidens 2” və “Bakıxanov Rezidens 3” yaşayış komplekslərindən mənzili nağd aldıqda 1 kv. m 990 manatdan hesablanır. Bundan əvvəl, nağd satış üçün qiymət 1 kv. m üçün 1050 manat təşkil edirdi.
20 illik ipoteka dayandırıldığından “Bakıxanov Rezidens Komplekslər Qrupu” yeni tikintisinə başladığı “Brilliance Rezidens” yaşayış kompleksində mənzilləri ilkin ödəniş 45% olmaqla 2 illik 0% daxili kreditlə təklif edir. “Brilliance Rezidens” yaşayış kompleksində mənzili nağd aldıqda 1 kv. m 1100 manatdan hesablanır. Şirkət dekabrın əvvəlində “Brilliance Rezidens” yaşayış kompleksində mənzili nağd aldıqda 1 kv. m-ni 1200 manatdan hesablayırdı.
MƏNZİL ALANA DƏHLİZ HƏDİYYƏ OLUNUR
Beynəlxalq Bank ipoteka kreditini dayandırdığına görə, “Alians Development” şirkəti də, Xətai rayonu, Gəncə pr 29/30 ünvanında tikməkdə olduğu “Panorama Park” yaşayış kompleksində mənzilləri satmaq üçün variantlar axtarışındadır. Hazırda şirkət mənzilləri nağd və daxili kredit ilə satır. Daxili kredit şərtinə görə, mənzili dəyərinin 50%-ni ilkin olaraq ödəmək lazımdır, qalan məbləği isə 50 ay ərzində 0% ilə ödəmək olar.
Şirkət satışın kəskin düşməməsi üçün “Otaq boyda hədiyyə” kampaniyasını da elan edib. Kampaniyanın şərtinə görə, Dekabrın sonunadək “Panorama Park”dan 2, 4 və 5 otağlı mənzil alanlara dəhliz hədiyyə olunur. Məsələn, 80.11 kv.m və ya 87.64 kv.m mənzil alana 9.44 kv.m və ya 10,29 kv.m-lik dəhliz hədiyyə olunur.
“Yeni Hayat” şirkətlər qrupu da tikməkdə olduğu “Grand Hayat” yaşayış kompleksindəki mənzilləri əsasən Beynəlxalq Bankın ipotekası ilə satırdı. “Grand Hayat”da mənzilin nağd şəkildə aldıqda 1 kv.m-in qiyməti 1150 AZN-dən başlayır. Beynəlxalq Bank krediti dayandırdıqdan sonra “Yeni Hayat” şirkətlər qrupu yeni satış şərtlərini elan etməyib.
“AS Group İnvestment” şirkəti, “Elmlər Akademiyası” metrosu yaxınlığında, premium səviyyəli yaşayış standartlarına uyğun tikdiyi “Renessans Palace” yaşayış kompleksindəki mənzilləri satmaq üçün daxili ipotekasını işə salıb. Şirkət mənzilləri 30% ilkin ödəniş olmaqla 2 il müddətinə faizsiz daxili kreditlə satır. "Renessans Palace"-da mənzillər təmirsiz satılır. Mənzilin 1m2-nin qiyməti 1650 AZN-dən başlayır.
FAİZSİZ MANAT KREDİTİ
Bakıda ən çox yaşayış binaları tikən “Kristal Abşeron” və “Xəzər İnşaat” şirkətləri də şərtlərində dəyişiklik ediblər. Mənzilləri əsasən tam təmirli satan bu eyni şirkətlər, “illik 0%-lə manat krediti” kampaniyasına başlayıblar. Kampaniyanın şərtlərinə görə, ilkin ödəniş 30% tələb olunur və 3 il kredit müddəti təklif olunur. Məsələn, “Xəzər İnşaat” şirkəti “Qara Qarayev” metrosu yaxınlığında tikdiyi yaşayış kompleksində mənzilin 1 kv m-ni 1 illik kreditlə 1525 manata, 2 illik kreditlə 1600 manata, 3 illik kreditlə isə 1675 manata təklif edir. Məsələn, 3 illik kreditlə 1 otaqlı 45 kv.m mənzilin ilkin ödənişi 22 613 AZN , aylıq ödənişi isə 1466 manat təşkil edir.
Qeyd edək ki, Beynəlxalq Bankın 20 illik ipotekası ilə mənzil alındıqda 1 kv.m-in dəyəri 1680 manatadan hesablanırdı. Üstəlik, alıcı krediti götürdüyünə görə Banka komisyon haqqı və illik 10% (effektiv 5.5 % ) kredit faizi ödəyirdi.
“Kristal Abşeron” və “Xəzər İnşaat”da mənzillərin nağd satış qiyməti isə 1 kv.m üçün 1450 manat təşkil edir. 3 illik kreditdə qiymətin nağd satış qiymətindən 225 manat baha – yəni 1675 manat təşkil etməsini haradasa başa düşmək olar. Şirkət mənzili tək şəxsiyyət vəsiqəsilə satmaqla üzərinə müəyyən risklər götürür. Gələcəkdə, alıcının aylıq ödənişləri gecikdirməsi və mənzildən imtina edərək pulunu geri istəməsi şirkəti zərər sala bilər.
Beynəlxalq Bankın 20 illik ipotekanı dayandırması ilə əlaqədar olaraq Bakı Ağ Şəhərdə bina tikən şirkətlər, Xırdalan şəhəri,Bakı-Sumqayıt şosesi, 15-ci km-də “NovaCity” yaşayış kompleksini tikən “Nova Development Group”, Nizami rayonu ərazisində “Myhome-1” və “Myhome-2” layihələrini həyata “Vesta Construction” şirkəti gözləmək məcburiyyətində qalıblar.
20 İLLİK İPOTEKA BƏRPA EDİLMƏSƏ QİYMƏTLƏR DAHA DA DÜŞƏ BİLƏR
Beynəlxalq Bank 20 illik ipotekanı bərpa etməsə, bir sıra tikinti şirkətlərinin daha çətin vəziyyətə düşəcəyi, mənzillərin daha da ucuzlaşacağı gözlənilir. Çünki, mənzilləri nağd alanlar azdır. Həmçinin tikinti şirkətlərinin daxili kreditinin aylıq ödənişləri çox yüksəkdir. Daxili kreditlərə marağın az olacağı gözlənilir. Yalnız Beynəlxalq Bankın 10%-dən də yüksək faizlə olsa belə ipotekanı bərpa etməsi satışları yenidən canlandırar.
Qeyd edək ki, Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub. Xalid Əhədov vəzifəsinin icrasına başlayan kimi Bankın tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipotekanı dayandırıb.
Mövzu diqqətimizdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























