"Gömrük sistemindəki islahatlar sahibkarların fəaliyyətinə müsbət təsir göstərməkdədir"
Abşeron Logistika Mərkəzində proseslər daha da sadələşdirilmiş və sürətlənmişdir. Mərkəzdə bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır.Abşeron Logistika Mərkəzi (ALM) bildirir ki, son illər Azərbaycan iqtisadiyyatının genişlənmə miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir. Azərbaycanda həyata keçirilən islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqiyə xidmət edir.
Bu özünü gömrük sahəsində də göstərməkdədir. Gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər xarici ticarət iştirakçılarının sayının artmasına şərait yaradıb.
Abşeron Logistika Mərkəzindən verilən məlumata görə, gömrük sistemində aparılan yeni islahatlar Mərkəzdə sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Bildirilir ki, Mərkəzdə gömrük rejimlərinin effektiv tətbiqində xarici və yerli sahibkarlar üçün yeniliklərin təşkil edilməsi nəticəsində proseslər daha da sadələşdirilmiş və sürətlənmişdir.
Mərkəzdə bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, idxal-ixrac və tranzit əməliyyatlarında ticarətin asanlaşdırılmasına, yüklərin buraxılış prosedurlarının sadələşdirilməsinə, vaxt məhdudiyyətinin aradan qaldırılmasına, xidmətlərə çəkilən xərclərin ləğvinə gətirib çıxarmışdır. Bu da sahibkarların daha asan və rahat əməliyyatlar aparmasına əlverişli imkan yaratmaqla onların fəaliyyətini stimullaşdırmış, həmçinin şəffaf biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















