TikTok-un rəhbəri ABŞ Konqresində ifadə verdi, deputatları qane etmədi

ABŞ Konqresində ifadə verən TikTok-un Baş direktoru Shou Zi Chew-in Çində yerləşən texnologiya şirkəti ByteDance və Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqəsi, ABŞ məlumatlarının Çinə ötürülməsi, platformanın psixikaya mənfi təsiri xüsusilə gənclərin sağlamlığı, zərərli məzmunun qarşısının alınması və siyasi məzmunlu bir sıra məsələlərlə bağlı verdiyi cavablar deputatları qane etməyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
TikTok-un rəhbəri ABŞ Konqresində ifadə verdi, deputatları qane etmədi

Çin sosial media platforması TikTok-un baş direktoru Chew ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin təşkil etdiyi sessiyada millət vəkillərinin suallarını cavablandırıb.

Marja xəbər verir ki, təxminən 5 saat yarım davam edən iclasda həm respublikaçı, həm də demokrat deputatların Shou Zi Chew-yə qarşı sərt münasibəti diqqət çəkib. Chew deputatların suallarına uzun-uzadı cavab vermək istəsə də, deputatların “hə” və ya “yox” kimi cavab tələb etmələri sessiyada tez-tez gərginliyi artırıb.

Chew-in Çində yerləşən texnologiya şirkəti ByteDance və şirkətin Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqələri, ABŞ məlumatlarının Çinə ötürülməsi, platformanın gənclərin psixi sağlamlığına mənfi təsiri, zərərli və siyasi məzmunların bloklanmaması kimi bir sıra mövzularda cavabları millət vəkillərini qane etməyib.

"TikTok qadağan edilməlidir"

Komitənin sədri, parlamentin Respublikaçı üzvü Keti MakMorris Rodcers TikTok-un amerikalılardan məlumat toplayaraq cəmiyyətə casusluq etdiyini və ÇKP-nin bu məlumatlardan ABŞ-ı manipulyasiya etmək üçün bir vasitə kimi istifadə etdiyini bildirib.

Rodgers, "TikTok dəfələrlə daha çox nəzarət və daha çox manipulyasiya üçün seçim etdi. Platformanız qadağan edilməlidir" deyib.  Bir çox TikTok işçilərinin Çinlə əlaqəli olduğunu iddia edən Rodgers, "TikTok hətta ÇKP-nin uyğur müsəlmanlarına qarşı soyqırımını və işgəncələrini ifşa edən amerikalı yeniyetməni senzura edib" deyib.

Demokrat deputat Frank Polland da TikTok kimi böyük texnologiya şirkətlərinin əldə etdikləri məlumatlarla milyardlarla dollar gəlir əldə etdiklərini, lakin onların Amerika xalqının təhlükəsizliyini, məxfiliyini və sağlamlığını təhdid etdiyini vurğulayıb.

"TikTok ifadə azadlığına hörmət edir"

Chew isə TikTok-un ifadə azadlığını qoruyan bir platforma olduğunu və bu cür məzmunların silinmədiyini qeyd edərək, "Tətbiqimizdən istifadə etsəniz, dünyada bir çox istifadəçinin bu mövzuda məzmun istehsal etdiyini görəcəksiniz" deyib.

Sinqapurdan olduğunu və şirkətin baş ofisinin Sinqapur və Los-Ancelesdə yerləşdiyini bildirən Chew, ABŞ-da 150 milyondan çox, dünyada isə 1 milyarddan çox TikTok istifadəçisi olduğunu qeyd edib.

İclasda millət vəkilləri TikTok-un alqoritmlərinin “asılılığı” hədəf aldığını və xüsusilə gənclərdə emosional olaraq çətinliklər yaratdığına diqqət çəkib və bu mövzuda Chew-ə suallar verib.

Chew, TikTok-un alqoritmi və məzmuna nəzarəti ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün çalışdıqlarını, zorakı məzmun və alqoritmlərlə bağlı problemlərin isə sosial media platformalarının ümumi problemi olduğunu bildirib. Xüsusilə bu çərçivədə gənclərin təhsili üçün faydalı məzmun istehsalına töhfə verdiklərini iddia edən Chew, zərərli məzmunun aşkar edildiyi anda silindiyini iddia edib.

Chew-in açıqlamalarına cavab olaraq, ABŞ qanunvericiləri artıq TikTok-da yayılan bəzi məzmunun şəkillərini göstərdilər və TikTok-un bununla bağlı lazımi addımları atmadığını bildirərək şirkəti ittiham ediblər.

Chew isə xüsusilə gənclərin təhlükəsizliyini ön planda tutacaqlarını, Amerikalıların məlumatlarını istənməyən xarici girişlərə qarşı bir firewall ilə qoruyacaqlarını bildirib. İfadə azadlığı ilə bağlı da addımlar atacaqlarını və məzmunun heç bir hökumət tərəfindən manipulyasiya edilməyəcəyini ifadə edən Chew, bu mövzuda da şəffaf olacaqlarını və üçüncü tərəf müstəqil müşahidəçilərə giriş imkanı verəcəklərini ifadə edib.

ÇKP ilə TikTok arasında əlaqələr şübhə altına alınıb

Millət vəkilləri, ByteDance-ın ÇKP ilə (Çin Kommunist Partiyası) əlaqəsi olduğunu iddia edərək, Chew-dən ÇKP-nin tələbi ilə TikTok-dan məzmunu silib-silmədiklərini soruşdular. "Biz Çin hökumətinin tələbi ilə məzmunu inkişaf etdirmirik və ya silmirik", -  Chew deyib.

Chew, Çin hökumət rəsmiləri ilə heç bir söhbət etmədiyini söyləyib və millət vəkillərinin ByteDance-in yüksək səviyyəli rəhbərlərinin ÇKP ilə əlaqəsi ilə bağlı sualına, "İş ilə əlaqədar görüşdüyüm insanların siyasi mənsubiyyətini bilmədiyim üçün bu ifadəni təsdiqləyə bilmərəm" cavabını verib.

Çin hökumətinin də amerikalıların məlumatlarına çıxışı olduğuna dair heç bir dəlil görmədiyini qeyd edən Chew, ÇKP-nin onlardan belə bir şey istəmədiyini vurğulayıb. Chew deyib ki, millət vəkillərinin ABŞ-ın məkan məlumatlarının saxlanması ilə bağlı suallarını cavablandırarkən, onlar məkan məlumatları ilə bağlı məlumat toplamayıblar.

Chew isə bir çox Amerika şirkəti kimi Çinli mühəndislərlə çalışdıqlarını qeyd edərək, Amerika məlumatlarının hamısının Amerika şirkəti tərəfindən "Texas Layihəsi" çərçivəsində Amerikalı personalın nəzarəti altında toplandığını bildirib. Lakin qanunvericilər bunun milli təhlükəsizlik təhdidlərini aradan qaldırmayacağını iddia etdilər.

Keçmişdə bağlı olduqları şirkətlərlə məlumat paylaşdıqlarını təsdiqləyən Chew, Texas Layihəsindən sonra bu cür girişin olmayacağını bildirib.Chew, söz mövzusu layihəyə 1,5 milyard dollar xərclədiklərini ifadə edib.

Millət vəkillərinin TikTok-un amerikalıların məlumatlarını Çinə verdiyinə dair iddialarını təkzib edən Chew, amerikalıların məlumatlarının Oracle serverlərində saxlandığını və Amerikalı personal tərəfindən mühafizə edildiyini söyləyib. 

Bir millət vəkilinin ByteDance-in TikTok məlumatlarına çıxışı haqqında "ByteDance Amerika vətəndaşlarına casusluq etdimi?" deyə Chew-dən soruşdu: “Məncə, bunu “casusluq” kimi qələmə vermək düzgün deyil” cavabını verib.

ChewAmerika şirkətlərinin tarixini xatırladıb

Millət vəkilləri Chew-dən maaşı və əlavə gəliri barədə də soruşublar. Chew maaşı ilə bağlı dəqiq məlumat vermək istəməsə də, əsas gəlir mənbəyinin TikTok-dakı işi və ByteDance-dən aldıqları əlavə ödənişlər olduğunu və başqa yerdən gəlir əldə etmədiyini qeyd edib.

"Çinin kommunist hökumətindən qorxursunuz?" Chew "Xeyr" deyə cavab verib. 

FBİ direktorunun TikTok-un Çin hökuməti tərəfindən idarə olunduğuna dair fikrinə gəlincə, Chew, "Məncə iddialar nəzəridir. Bunlar ilə bağlı heç bir dəlil görmədim. Danışa biləcəyimiz, sübutlar haqqında müzakirələri səbirsizliklə gözləyirəm" deyib.

Chew isə şəxsi həyatın toxunulmazlığı ilə bağlı addımların atılması lazım olduğunu düşündüyünü ifadə edərək, Amerika şirkətlərinin bu mövzuda yaxşı bir tarixə malik olmadığını iddia edərək, buna "Cambridge Analytica" qalmaqalını misal çəkib (milyonlarla Facebook istifadəçisinin hesablarından icazəsiz məlumatlar toplanmışdı).

"Dövlət cihazlarında sosial media tətbiqləri olmamalıdır"

Bir millət vəkilindən hökumət cihazlarında TikTok tətbiqinin silinməsi ilə bağlı suala Chew cavab verib: "Düzünü desəm, dövlət cihazlarında heç bir sosial media proqramı olmamalıdır, lakin bu, bizi hədəf almamalıdır".

Digər tərəfdən, millət vəkillərindən biri "Niyə 8 yaşlı uşağınızın TikTokdan istifadəsinə icazə vermirsiniz?" sualına Chew, "Uşaqlarım Sinqapurda yaşayır. Sinqapurda 13 yaşdan aşağı uşaqların tətbiqdən istifadəsinə icazə yoxdur" cavabını verib.

Chew, TikTok-dakı məzmunların "əyləncəli və məlumatlandırıcı" olduğunu iddia edərək, bəzi məsələlərin ABŞ-ın daxili problemləri ilə əlaqəli olduğunu ifadə edib. Millət vəkillərinin TikTok-da narkotik ticarəti ilə bağlı suallarına cavab olaraq, Chew, ölkəsi Sinqapurda çox ciddi narkotik qadağalarının olduğunu, TikTok-da qeyri-qanuni narkotik məzmununun demək olar ki, olmadığını iddia edib.

TikTok ByteDance Shou Zi Chew
24.03.2023 08:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ