Credit Suisse səhmlərində rekord bahalaşma
Credit Suisse böhranına qarşı atılan addımlar bazarda müsbət qarşılanıb. Bankın səhmləri 40 faiz bahalaşıb.Credit Suisse səhmlərində başgicəlləndirən hərəkətlər baş verir.
Marja xəbər verir ki, çərşənbə günü rekord ucuzlaşan bankın səhmləri İsveçrə Milli Bankının likvidlik dəstəyi sayəsində bu gün 40 faiz bahalaşıb.
Ötən ilin sonunda Credit Suisse-in ən böyük səhmdarı olmuş Səudiyyə Ərəbistanı Milli Bankının sədri Ammar Əl Hudari çərşənbə günü Bloomberg TV-yə verdiyi müsahibəsində Credit Suisse-dəki 10 faizdən bir qədər az olan paylarını artırmayacaqlarını bildirib.
Credit Suisse bankının likvidliyə ehtiyacı olduğu təqdirdə əlavə inyeksiyalar etməyə hazır olub-olmayacağı ilə bağlı suala Əl Hudari "Qətiyyən yox, tənzimləyici və hüquqi səbəblərə görə və bir çox başqa səbəblərə görə" cavabını verib. Bu açıqlama Bankın səhmlərinin kəskin ucuzlaşması ilə nəticələnib.
Bu addımdan sonra İsveçrə Milli Bankı (SNB) Credit Suisse-in ehtiyac duyduğu təqdirdə likvidlik təmin edəcəyini açıqlayıb. Milli Bankdan səhər saatlarında verilən açıqlamada Credit Suisse-in "likvidliyini gücləndirmək" üçün SNB-dən 54 milyard dollar borc alacağıı bildirilib. Bu açıqlamadan sonra Credit Suisse səhmləri sürətlə bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























