Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
28 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 50 milyon manatlıq kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040075
Emissiya həcmi: 50 000 000 manat
Nominal dəyəri:100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri (olduqda)26 sentyabr 2023-cü il, 26 mart 2024-cü il, 24 sentyabr 2024-cü il, 25 mart 2025-ci il, 23 sentyabr 2025-ci il, 24 mart 2026-cı il
Faiz gəliri: 7%
Ödəmə tarixi:24.03.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
21 d. əvvəl
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
-
1 saat əvvəl
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
- 2 saat əvvəl
-
9 saat əvvəl
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
10 saat əvvəl
Azərbaycan Prezidentilə Avropa İttifaqı Şurasının Prezidentinin birgə mətbuat bəyanatı
-
10 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
Rəsmi məzənnələr açıqlandı
Neftin qiyməti yenidən 100 dolları keçdi
Ən çox oxunanlar
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Azərbaycan Prezidentilə Avropa İttifaqı Şurasının Prezidentinin birgə mətbuat bəyanatı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb


























