Türkmənistanda 3 böyük xəstəxana layihəsi - 810 MİLYON DOLLAR İNVESTİSİYA
Türkiyənin "Çalık Holding" şirkətinin törəmə şirkəti olan "GAP İnşaat" Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Onkoloji Mərkəzin, Beynəlxalq Pediatriya Mərkəzinin və Stomatologiya Mərkəzinin təməlini qoyub. Tikintisinə başlanılan 3 xəstəxananın ümumi investisiya dəyərinin 810 milyon dollar olacağı bildirilib. Mərasimdə Türkmənistanın keçmiş prezidenti Qurbanquli Berdiməhəmmədov da iştirak edib.
Türkiyənin "Çalık Holding" qrupunun törəmə şirkəti "GAP İnşaat" Türkmənistanın paytaxtı Aşqabadda 3 xəstəxananın tikintisinin təməlini qoyub. Mərasimdə Türkmənistanın keçmiş prezidenti Qurbanquli Berdiməhəmmədov da iştirak edib.
Marja xəbər verir ki, Şirkətdən verilən məlumata görə, 500 çarpayılıq Beynəlxalq Onkoloji Mərkəz (Xərçəng Diaqnozu və Müalicə Mərkəzi), 160 çarpayılıq Beynəlxalq Pediatriya Mərkəzi (Uşaq Xəstəlikləri Mərkəzi) və eyni anda 80 nəfərə xidmət göstərə bilən Stomatologiya Mərkəzi (Ağız və Diş Xəstəlikləri Mərkəzi) 2026-cı ilə qədər tikilib təhvil veriləcək. Təməli qoyulan 3 xəstəxananın 810 milyon dollara başa gələcəyi açıqlanıb.
2022-ci ildə "GAP İnşaat" Türkmənistanda 400 çarpayılıq reabilitasiya və 250 çarpayılıq fiziologiya xəstəxanasının təməlini qoyub. 15 mart 2023-cü ildə təməli atılan 3 yeni xəstəxana ilə Türkmənistanda "GAP İnşaat" tərəfindən tikilən xəstəxanaların sayı 5-ə yüksəlib. Bildirilib ki, 1 milyard 250 milyon dollar investisiya ilə 5 xəstəxana tikiləcək.
“Türkmənistanda səhiyyə sahəsinə böyük investisiyalar qoyulur”
Aşqabadda keçirilən təməlqoyma mərasimlərində çıxış edən “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık Türkmənistanda müasir sağlamlıq mərkəzləri, çoxməqsədli xəstəxanalar, müasir elmi-klinik mərkəzlər və sanatoriyaların tikildiyini diqqətə çatdırıb və deyib:
“Cəmiyyətin və dövlətin ali dəyəri olan insan sağlamlığının qorunması Türkmənistanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər Türkmənistanda milli iqtisadiyyatın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsinə də böyük investisiyalar qoyulub. Türkmənistan səhiyyə sistemini inkişaf etdirmək və daha da inkişaf etdirmək üçün güclü addımlar atır. Türkmənistanda podratçı olmaqdan və səhiyyə sektorunun inkişafına töhfə verməkdən çox məmnunuq”.
Müştərilərin xəbərləri

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

"Kristal"dan "beton çatlaması" iddialarına cavab - “Park Yasamal"da təhlükəsizliklə bağlı narahatlığa əsas yoxdur"
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 30 d. əvvəl
- 30 d. əvvəl
- 44 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
3 saat əvvəl
Ağdam da 5-ci yaşayış massivində yeni binaları tikəcək şirkətlər seçilir
-
3 saat əvvəl
"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“AzerGold" şirkətinin ixracdan gəlirləri 2 dəfə artıb

"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Oktyabrın 1-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"Porsche Azərbaycan"dan uşaqlarla unudulmaz kartinq - FOTOLAR

Qarabağ Universitetinin 3 fakültəsi üçün binalar tikiləcək

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc
