SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təqdim edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza 500-dən çox şirkət əməkdaşının iştirak etdiyi “Vergi və Mühasibatlıq Zirvəsi”nə dəstək göstərir.
Bu gün keçirilən tədbirin sərgi hissəsində SİMA yeni nəsil rəqəmsal imza təqdim edilib.
Tədbirdə iştirak edən qonaqlara və sərgi iştirakçılarına SİMA rəqəmsal imzanın vətəndaşlar üçün bu günədək təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılan SİMA rəqəmsal imzanın sahibkarlar üçün nəzərdə tutulan həlli çərçivəsində göstəriləcək xidmətlər haqqında da şirkət rəhbərlərinə və mühasiblərə məlumat verilib.
Qeyd edilib ki, fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər.
Eyni zamanda B2B (business-to-business – biznesdən-biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər.
B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar.
SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradacaq.
Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq portallara giriş əldə edəcəklər.
Tədbirdə Azərbaycanın biznes, vergi, mühasibatlıq və maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən yerli və xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxslər iştirak edib.
Qeyd edək ki, bu günədək SİMA 20-yə yaxın tərəfdaşı vasitəsilə 100-dən artıq rəqəmsal xidmətə giriş və istifadə imkanı yaradıb. Bir il ərzində SİMA mobil tətbiqi 200 mindən çox istifadəçi tərəfindən yüklənilib.
Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA rəqəmsal imza vasitəsilə ölkəmizdə biznes prosesləri sürətləndirmək istiqamətində müvafiq tədbirlər davam etdirilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı https://sima.az/ saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
4 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
4 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
