Access2Success AccessBank-a mükafat qazandırdı
(®️) Azərbaycan Banklar Assosiasiyası (ABA) ənənəvi Bankçılıq mükafatları-nı açıqlayıb.
AccessBank 2022-ci ildə Ən fəal maliyyə savadlılığı dəstəkçisi nominasiyası üzrə qalib gəlib.
Bank nominasiyanı ötən il həyata keçirdiyi Access2Success layihəsinə görə əldə edib. AccessBank bu layihəni qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirib. Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək olub.
Layihədə ötən il iştirak üçün 250-ə yaxın namizəd müraciət edib. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatılmaq hüququ əldə edib. Bakı, Xırdalan və Ağdam şəhərlərini təmsil edən qadın sahibkarlar biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, ənənəvi və rəqəmsal marketinq, elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edən aparıcı mövzularda ekspertlərdən təlimlər alıblar.
Qeyd edək ki, AccessBank əsas səhmdarı olan Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə növbəti aylarda Access2Success – 2 layihəsinə başlayacaq. Layihənin şərtləri və qeydiyyat barədə tezliklə məlumat veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















