BMW şirkəti gəlirlərini, mənfəətini və satılan avtomobil sayını açıqladı
BMW Qrupunun 2022-ci ildə xalis mənfəəti 18 milyard 582 milyon avro təşkil edib. Qrup gəlirləri 142 milyard 610 milyon avroya yüksəlib(əvvəlki il: 111 milyard 239 milyon avro/ +28,2%).Almaniyanın avtomobil nəhəngi BMW Qrupu 2022-ci ildə 18 milyard 582 milyon avro xalis mənfəət əldə edib. 2021-ci illə müqayisədə qrupun xalis mənfəəti 49,1% artıb.
Marja.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidmətinin cümə axşamı dərc etdiyi yekun hesabatda deyilir.
Ötən il avtomobil istehsalçısının gəlirini 28,2% artıraraq 142 milyard 610 milyon avroya çatıb. Şirkət 2021-ci ildə 111 milyard 240 milyon avro gəlir əldə etmişdi.
2022-ci ildə tam elektrik modellərin satışı 107,7% artıb və 2022-ci ildə tədarüklərin 9% -ni təşkil edib.
Qrupun müsbət rəqəmləri, təkmilləşdirilmiş qiymət və məhsullar, eləcə də Çin birgə müəssisəsi BMW Brilliance Automotive Ltd-nin tam konsolidasiyası ilə əlaqələndirilir.
Tədarüklər (təhvil verilən avtomobillərin sayı) əvvəlki ilə nisbətən bir qədər az (-4,8%) olub, 2 milyon 399 min 632 ədəd təşkil edib (2021-ci ildə: 2 milyon 521 min 514 ədəd avtomobil). Davamlı olaraq yüksək müştəri tələbi şirkətin sifarişlərinin artmasında öz əksini tapmışdır. Amma, Çində yarımkeçirici komponentlərin tədarükü ilə bağlı çətinliklər, tədarük zəncirinin pozulması və COVID-nin kilidlənməsi səbəbindən sifarişlər tamamilə yerinə yetirilə bilinməyib.
Elektrikləşdirilmiş avtomobillər (BEV və PHEV) tədarüklərin cəmi 18,1%-ni ( 433 min 792 ədəd / +32,1%) təşkil edib. Tam elektriklə işləyən avtomobillərin satışı 215 min 752 ədədə çatıb ki, bu da əvvəlki illə müqayisədə (+107,7% illik) əhəmiyyətli artımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
35 d. əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 44 d. əvvəl
- 50 d. əvvəl
-
18 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 18 saat əvvəl
-
18 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib























