Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq
“Xatirə və Xəta” bədii filmi Kann festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən, son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Həmçinin film yol hərəkəti qaydalarına riayət olunması barədə geniş kütləni maarifləndirmək məqsədi daşıyır.
Bu barədə məlumat verən filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov deyib: “Kann” festivalının direktoru Kristian “Xəta və Xatirə” filminin sinopsisini oxuduqdan sonra filmi festivalda mübarizəyə qoşulması üçün lazım olan ödəniş rüsumundan azad edib və buna görə ona təşəkkürümü bildirirəm. Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Müxtəlif festivallara qatılmışıq və beynəlxalq tədbirlərdə 190-dan çox mükafat qazanmışıq”.
Onun sözlərinə görə, film kommersiya məqsədi daşımır. “Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlər 17 platformaya yerləşdirilib. Ekran işimiz “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş işıqlandırılıb. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəsinin təbliği işinə töhfə verməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissoru Amil İskəndərov, montajçısı Elnur Tarverdiyevdir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
“Bank of Baku” ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib
-
22 saat əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
1 gün əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl